Yüklənir
Çıxarışlar 29-iyun tarixindən bərpa ediləcək.
Son yenilənmə: İyun 2026

Məxfilik Siyasəti

Məxfiliyinizə dəyər veririk. Cayvoy platformasında məlumatlarınızın necə toplandığını, istifadə edildiyini və qorunduğunu burada izah edirik.

1. Giriş

Cayvoy ("biz", "bizim" və ya "Platforma") sizin məxfiliyinizə hörmət edir. Bu Məxfilik Siyasəti cayvoy.com saytından və Cayvoy Studio masaüstü tətbiqindən istifadə edərkən şəxsi məlumatlarınızın necə toplandığını, istifadə edildiyini, paylaşıldığını və qorunduğunu izah edir. Platformanın qanuni təmsilçisi Məmmədli Rifahdır. Bu sənəd Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tərtib edilmişdir və mübahisə yarandığı təqdirdə Azərbaycan dilindəki versiya əsas götürülür.

2. Topladığımız Məlumatlar

Biz aşağıdakı kateqoriyalarda məlumatları toplayırıq:

  • Qeydiyyat Məlumatları: Ad, soyad, e-poçt ünvanı, istifadəçi adı və şifrə (şifrələnmiş şəkildə saxlanılır).
  • Profil Məlumatları: Profil şəkli, bioqrafiya, sosial media keçidləri və göstərmək istədiyiniz digər ictimai məlumatlar.
  • Ödəniş Məlumatları: Maliyyə əməliyyatları üçün bank kartı məlumatları. Bu məlumatlar Cayvoy serverlərində saxlanılmır — birbaşa lisenziyalı ödəniş provayderi epoint.az tərəfindən işlənilir. Biz yalnız əməliyyatın nəticəsini (uğurlu/uğursuz, məbləğ, tarix) alırıq.
  • Üçüncü Tərəf Hesab Məlumatları: Google və ya Discord ilə daxil olduqda həmin provayderdən ad, e-poçt və profil şəklini alırıq. Cayvoy Studio tətbiqi vasitəsilə TikTok hesabınızı bağladıqda, yalnız ictimai TikTok istifadəçi adınızı alırıq — bu, canlı yayımınızı düzgün hesaba qoşmaq üçün istifadə olunur.
  • İstifadə və Cihaz Məlumatları: IP ünvanı, brauzer növü, əməliyyat sistemi, baxılan səhifələr və platformadan istifadə vaxtı.
  • Əlaqə Məlumatları: Dəstək xidməti ilə yazışmalarınız və göndərdiyiniz mesajlar.

3. Məlumatlardan Necə İstifadə Edirik

Topladığımız məlumatlardan aşağıdakı məqsədlər üçün istifadə edirik:

  • Platformanın əsas xidmətlərini (hesab idarəetməsi, ianələr, overlay-lər) təqdim etmək və saxlamaq;
  • Ödənişləri işləmək və maliyyə hesabatlarını aparmaq;
  • Fırıldaqçılığın və hesab oğurluğunun qarşısını almaq;
  • Dəstək sorğularına cavab vermək və texniki problemləri həll etmək;
  • Platformanın təhlükəsizliyini və sabitliyini təmin etmək;
  • Qanuni öhdəliklərimizi yerinə yetirmək.

4. Üçüncü Tərəflərlə Paylaşım

Şəxsi məlumatlarınızı heç vaxt satmırıq. Yalnız xidmətin işləməsi üçün zəruri olan aşağıdakı etibarlı tərəfdaşlarla paylaşırıq:

  • epoint.az — bank kartı ödənişlərinin işlənməsi üçün.
  • Google və Discord — yalnız siz bu provayderlərlə daxil olmağı seçdiyiniz halda autentifikasiya üçün.
  • TikTok — Cayvoy Studio tətbiqi vasitəsilə canlı yayımınızı bağladıqda, yalnız hesabınızın sahibliyini təsdiqləmək üçün.
  • Brevo — bildiriş və əməliyyat e-poçtlarının göndərilməsi üçün.
  • Hosting provayderi — platformanın serverlərdə işləməsi üçün texniki infrastruktur.
  • Qanuni tələblər — məhkəmə qərarı və ya qanuni səlahiyyətli orqanın rəsmi tələbi olduğu halda.

5. Cookie-lər və İzləmə Texnologiyaları

Platforma sessiyanızı idarə etmək (daxil olma vəziyyəti), seçimlərinizi (dil, tema) yadda saxlamaq və platformanın istifadəsini analiz etmək üçün cookie-lərdən istifadə edir. Brauzerinizin tənzimləmələrindən cookie-ləri idarə edə və ya söndürə bilərsiniz, lakin bu, platformanın bəzi funksiyalarının düzgün işləməməsinə səbəb ola bilər.

6. Məlumatların Saxlanma Müddəti

Hesab məlumatlarınızı hesabınız aktiv olduğu müddətcə saxlayırıq. Hesabınızı sildikdə, qanuni və mühasibat öhdəliklərimizi yerinə yetirmək üçün zəruri olan məlumatlar (məsələn, maliyyə əməliyyat tarixçəsi) qanunla tələb olunan müddət ərzində saxlanıla bilər, qalan şəxsi məlumatlar isə silinir və ya anonimləşdirilir.

7. Məlumatların Təhlükəsizliyi

Şəxsi məlumatlarınızın təhlükəsizliyini təmin etmək üçün biz SSL şifrələmə, şifrələrin hash-lənmiş saxlanılması və digər müasir təhlükəsizlik texnologiyalarından istifadə edirik. Heç bir ötürmə və ya saxlama üsulu 100% təhlükəsiz deyil, lakin biz məlumatlarınızı qorumaq üçün sənaye standartlarına uyğun tədbirlər görürük.

8. Sizin Hüquqlarınız

Sizin şəxsi məlumatlarınızla bağlı aşağıdakı hüquqlarınız var:

  • Saxlanılan məlumatlarınıza baxmaq;
  • Səhv və ya köhnəlmiş məlumatları düzəltmək;
  • Hesabınızı və əlaqəli məlumatları silmək;
  • Marketinq bildirişlərindən imtina etmək.

Bu hüquqları idarəetmə panelindən və ya bizimlə əlaqə saxlayaraq həyata keçirə bilərsiniz.

9. Yaş Məhdudiyyəti

Cayvoy 18 yaşından kiçik şəxslər üçün nəzərdə tutulmayıb. Platformada qeydiyyatdan keçərək, siz ən azı 18 yaşında olduğunuzu təsdiq edirsiniz. 18 yaşından kiçik şəxsin məlumatlarını bilərəkdən topladığımızı aşkar etdikdə, həmin məlumatları dərhal silirik.

10. Bu Siyasətdə Dəyişikliklər

Bu Məxfilik Siyasətini zaman-zaman yeniləyə bilərik. Əhəmiyyətli dəyişikliklər olduqda, yenilənmiş tarixi bu səhifədə göstərəcəyik və lazım gəldikdə sizi e-poçt vasitəsilə məlumatlandıracağıq.

Suallarınız var?

Bu siyasətlə bağlı hər hansı sualınız olarsa, bizimlə əlaqə saxlayın.

Dəstəklə Əlaqə